"Təəssüf ki, Azərbaycan müstəqilliyinin ilk illərindən, hətta strateji kommunikasiyasiyanın nə olduğunu belə dünyanın bilmədiyi dövrdə strateji kommunikasiya, dezinformasiya, yalan xəbərlərin ölkəmizə qarşı olduğunu gördük".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya- "Stratcom 21" Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün müstəqilliyinin 30-cu ilini qeyd edən Azərbaycan ilk günündən informasiya savaşı, hibrid savaşlar, psixoloji savaşlarla üzləşdi: "Xüsusilə Qarabağ müharibəsi əsnasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti məhz bu əsaslarla, psixoloji savaşla hibrid savaşlar müşahidə olunub. Dünyanın hələ dezinformasiyanı tam qavramadığı dövrdə Azərbaycan bunlarla üz-üzə qaldı. Lakin o zaman 1990-cı illərin əvvəllərində biz bu savaşa hazır deyildik. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını günbəgün işğal etdi. Bu işğalın terror, aqressiv separatizm, ayrı seçkilikə müşahidə olunduğu təqdirdə dünya Azərbaycanı qınayırdı. Ermənistanın silahlı qüvvələri tərəfindən bizim insanımız öldürüldüyü təqdirdə azərbaycanlıların erməniləri öldürüldüyü irəli sürülürdü. Bunun nəticəsində erməni soyqırımı adı altında dünyada propaqanda apatılırdı. Bütün bunların fonunda Azərbaycan öz haqlı savaşını apararaq dünyaya həqiqəti çatdırmağa çalışırdı".
O qeyd edib ki, erməni lobbisinin dünya üzrə Azərbaycana qarşı apardığı bu siyasətə cavab olaraq yalnız strateji səviyyədə hərbi, diplomatik və informasiya siyasətimizi bir araya gətirərək koordinasiya olunmuş şəkildə bir siyasət həyata keçirərək bunun qarşısını ala bilərdik: "Bu proseslər dünyanın susduğu, baş verənləri görmədiyi, duymaq istəmədiyi anda baş verdi. Bu problemlərin fonunda biz uzunvadəli bir yola çıxdıq. Otuz illik işğal dövründə strateji kommunikasiya və strateji rabitə formalaşdıraraq, bunu həyata keçirməyə başladıq. Əsas hədəfimiz Azərbaycan tərəfindən həyata keçirilən siyasətin vahid bir mesajla dünyaya çatdırılması idi. Çətinliklərə baxmayaraq düşünürəm ki, həqiqəti dünyaya çatdırmağa nail olduq. Bu, xüsusilə Azərbaycanın Vətən müharibəsində bir daha özünü doğrultdu".