Yevlaxda yük maşını aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlaxın Aran qəsəbəsi ərazisindən keçən körpü hissəsində baş verib.

Çiyid daşıyan "Man" markalı yük maşını idarəetmədən çıxaraq aşıb. Sürücü ağır xəsarət almasa da, maşında olan tonlarla çiyid ətrafa dağılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı