Mehdiabad qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.

"Unikal" Apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi - Mehdiabad yolunda baş verib.

“VAZ-2106” markalı avtomobilin sürücüsü İbrahimov Elnur Şahbala oğlu sükana nəzarəti itirərək yolu keçən 50 yaşlı qadını vurub. Qəza nəticəsində piyada ölüb.