Bakı şəhərinin Nərimanov rayonunda mağaza yanıb.

"Unikal" Fövqəladə Hallar nazirliyinin saytına istinadən bildirir ki, ümumi sahəsi 54 m² olan mağazanın zirzəmisinin tavanı 15 m² sahədə və zirzəmiyə yığılan tikinti materialları 10 m² sahədə yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.