"Bu gün Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan xalqının qurucusu Heydər Əliyevin anım günüdür. İlk növbədə Heydər Əliyevi rəhmətlə anırıq. Bu gün Türkiyənin Azərbaycandakı səfirliyi bütün heyətlə qəbir üstünə gül çələngi qoyduq, dualarımızı etdik".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.
Onun sözlərinə görə, Heydər Əliyev müasir Azərbaycanın quruluşu, azadlığı uğrunda ən önəmli addımları atan eyni zamanda Türkiyə Azərbaycan münasibətlərinin köklü tarixində önəmli liderdir
"Bugünkü Türkiyə Azərbaycan münasibətlərin təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bir millət-iki dövlət anlayışının memarı Heydər Əliyevdir. Bu anlayış Türkiyə Azərbaycan münasibətlərinin mayasıdır. Ümummilli liderin övladlarına yeganə vəsiyyəti Qarabağın azad edilməsi idi. Bu gün Qarabağ azaddır. Bu gün Heydər Əliyev məzarında rahat yatır."