"Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yəqin ki yaxın vaxtlarda olacaq".
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır: "Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq".