Binəqədi rayonunda anbar yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, rayonda bir dam altında tikilən ümumi sahəsi 110 m² olan birmərtəbəli anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan inşaat materialları 50 m² sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.