Ağcəbədidə yolu keçmək istəyən piyadanı avtomobili vuraraq hadisə yerindən qaçıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonu Sarcalı kəndi ərazisində qeydə alınıb. Belə ki, Ağdam rayon Sarcalı kəndi sakini 1990 cı il təvəllüdlü Əhmədov İsmayıl Adil oğlu yolu keçmək istəyən zaman onu minik avtomobili vuraraq qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Həsən Adıgözəlov