İranın paytaxtı Tehranda havanın çirklənməsi səbəbilə uşaq bağçaları və ibtidai məktəblərin fəaliyyəti dayandırılıb.
"Unikal" xəbər verir ki, bütün idman fəaliyyətləri 3 gün müddətinə qadağan edilib.
Bildirilib ki, İranın paytaxtı Tehran hava çirkliliyinə görə dünyada 12-ci yerdədir.
Tehran Hava Keyfiyyətini Ölçmə Şirkətinin verdiyi açıqlamada bu gün paytaxtda hava çirkliliyi 124 mikroqram/kubmetr təşkil edib ki,bu da bütün yaş qrupları üçün qeyri-sağlam və təhlükəlidir.
Səlahiyyətlilər Tehran xalqından məcbur olmadıqca çölə çıxmamağı xahiş edib.
Qeyd edək ki, ötən il Tehranda havanın çirklənməsi nəticəsində yaranan xəstəliklər nəticəsində 3 751 nəfər dünyasını dəyişib.
Ağarza Elçinoğlu