Ermənistanda son sutka ərzində daha 66 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal" xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 342 604 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 17 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 819-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1477 nəfərdir. Aktiv xəstələrin sayı 7 476 nəfər təşkil edir.