“İndiyə qədər Belarusdan 3 556 nəfəri İraqa qaytardıq. Pasportunu itirmiş 383 nəfərə də müvəqqəti pasport verdik”.
"Unikal" xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Ahmet Sahhaf açıqlama verib.
Qeyd edək ki, miqrant problemi səbəbindən bir neçə ay idi ki, Belarusla Avropa ölkələri sərhəddində gərginlik yaşanırdı.
Ağarza Elçinoğlu