Rusiyanın Serpuxov şəhərindəki pravoslav gimnaziyasında partlayış törədən yeniyetmə ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serpuxov dairəsinin keşişi İqor Çaban deyib.
"Rəsmi məlumata görə, bunu pravoslav gimnaziyasının on səkkiz yaşlı məzunu edib. Partlayış nəticəsində bir nəfər - onu törədən şəxs ölüb. Allaha şükürlər olsun ki, digər qurbanlar yoxdur", - deyə keşiş bildirib.