Əlbəttə islahatlara ehtiyac var. Bunlar paralel olaraq aparılır. Hesab edirəm ki, növbəti ildə həm kadr, həm də struktur islahatları davam etməlidir.
Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, Azərbaycanda kadr islahatları gedir.
"Vəzifəyə gənc kadrlar gətirilir və bunun tərəfdarıyam. Onların arasında müsbət imicə malik olanlar kifayət qədərdir. Mütəmadi olaraq dövlət başçısı tərəfindən struktur islahatları da həyata keçirilir. Çox istərdim ki, icra hakimiyyəti orqanları ilə bağlı müəyyən qərarlar qəbul olunsun. Bölgələrdə iqtisadi zonalar var. Həmin iqtisadi zonaları birləşdirib bir səlahiyyətli nümayəndə təyin etmək olar".
Anar Kəlbiyev