"Bu parlament buraxılsın, gələn il yenidən seçki keçirilsin. Parlamentin böyük əksəriyyəti seçilməyib, təyin edilib".
Bunu "Unikal"a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri bildirib ki, hazırda parlamentdə 5 yer boşdur, onu da kimsə bron edib.
"Biz bu seçkilərə gedəsi deyilik. Partiya olaraq yeni seçkilərin keçirilməsini tələb edirik. Təyin edilmiş parlamentdən nə gözləmək olar? Boş qalan yerlər çoxdan bron olunub. Biz bu seçkidə iştirak etməycəyik".
Qeyd edək ki, ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yəqin ki yaxın vaxtlarda olacaq. MSK sədri əlavə edib ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır: "Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq".
Anar Kəlbiyev