"Səhhətimlə bağlı böyük bir imtahandan keçdim. 6 dəfə əməliyyat olundum, bir dəfə uf demədim".
"Unikal" xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Söhbət musiqidən gedir" proqramında deyib.
Xərçəngdən əziyyət çəkən müğənni əməliyyat xərclərinin dövlət tərəfindən ödənildiyini açıqlayıb.
Qeyd edək ki, A.Ağayev Türkiyədə əməliyyat olunub.