Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal "Taliban" hərəkatı nazirlərinə Xarici İşlər Nazirliyinin razılığı olmadan xarici diplomatlarla görüşməyi qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə “Əfqanıstan İslam Əmirliyi”nin “Twitter” səhifəsində məlumat paylaşılıb.
“Əfqanıstan İslam Əmirliyinin Baş naziri Məhəmməd Həsən Ahund Əmirliyin nazir və rəsmilərinin Xarici İşlər Nazirliyinin razılığı olmadan xarici diplomatlar və səfirlərlə görüşlərini qadağan edən sərəncam imzalayıb”, - deyə məlumatda bildirilir.