İranda ötən sutka ərzində 2 706 nəfər koronavirusa (COVID-19) yoluxub, 42 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 130 764 nəfərə, yoluxanların sayı isə 6 157 519 nəfərə çatıb. Virus daşıyıcılarından 3 069 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 5 975 404 nəfər koronavirusdan sağalıb, 40,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 111 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 58,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 2,74 milyon təşkil edir.