Rusiya Prezidenti Vladimir Putinlə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, telefon danışığı zamanı Ukrayna münaqişəsi müzakirə olunub.
Boris Conson Rusiya qoşunlarının Ukrayna sərhədləri boyunca genişmiqyaslı hərəkətindən narahatlığını bildirib.
Vurğulanıb ki, bütün bunlar NATO ölkələri tərəfindən Ukrayna ərazisinin aktiv hərbi mənimsənilməsi fonunda baş verir və bu, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır.
Bunu nəzərə alaraq, Vladimir Putin NATO-nun şərqə doğru genişlənməsini, Rusiyanı təhdid edən silahların qonşu dövlətlərdə, ilk növbədə, Ukraynada yerləşdirilməsini istisna edən aydın beynəlxalq hüquqi müqavilələr hazırlamaq üçün dərhal danışıqlara başlamağın zəruriliyini bəyan edib. Rusiya tərəfi müvafiq sənədlər layihələrini təqdim edəcək.
Liderlər müxtəlif kanallar vasitəsilə qaldırılan məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər."