Gürcüstanın baş naziri İrakli Qaribaşvili dekabrın 15-də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
"Unikal" xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Görüşdən sonra tərəflər mətbuata açıqlamalar verəcəklər.
NATO-nun baş katibi ilə görüşündən sonra dekabrın 15-də İrakli Qaribaşvili Şərq Tərəfdaşlığı sammitində iştirak edəcək.