ABŞ Hərbi Hava Qüvvələrində 27 əsgərin koronavirus peyvəndini rədd etdiyi üçün işdən çıxarıldığı açıqlanıb.
"Unikal" xəbər verir ki, əsgərlər Baydenin peyvənd öhdəliyi qanununa görə işdən çıxarılan ilk şəxslərdir.
Hərbi Hava Qüvvələrinin sözçüsü Ann Stefanek bildirib ki, ordudan qovulan 27 hərbçi “daha gənc, aşağı rütbəli personaldır” və ilk müddətlərini orduda xidmət edirlər.
Hesabatlar göstərir ki, 40 minə qədər ABŞ hərbi qulluqçusu COVID-19-a qarşı peyvənd etməkdən imtina edib.
Bu da qoşunların təxminən 3 faizini təşkil edir.
Gülayə Mecid