Fransada "ekstremizm" bəhanəsi ilə 21 məscid bağlanıb, altısı da bağlanacaq.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib.
Eyni zamanda, Darmanin ifrat sağçı respublikaçıları bu qanunun əleyhinə səs verdiyinə görə tənqid edib.
"Fransada 36 məscid var ki, onlar respublika qanunlarına zidd olmadığı üçün fəaliyyətini davam etdirəcək. Bəziləri xaricdən maliyyə almağı dayandırıb, bir məsciddə isə ekstremizmdə ittiham olunan imam işdən çıxarılıb", - deyə DİN rəhbəri qeyd edib.
Qeyd edək ki, Fransa tarixində ilk dəfə olaraq bu qədər sayda məscid bağlanıb.
Ağarza Elçinoğlu