Ermənistan Səhiyyə Nazirliyi fevralın 1-dən vətəndaşların koronavirusdan stasionar müalicəsinin ödənişli olmasını müzakirə edir.
"Unikal" erməni KİV-lərinə istindən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Ripsim Xaçatryan yerli mediaya verdiyi açıqlamaya görə, peyvənd olunmayan vətəndaşlar koronavirusun müalicəsi üçün 800 min dram (1700 dollar-red.) ödəməli olacaqlar.
O, ölkədə peyvəndləmə göstəricilərinin qənaətbəxş olmadığını və virusun mutasiyasının davam etdiyni bildirib.