Ermənistanda son sutka ərzində daha 161 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal" xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 342 765 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 26 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 845-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 480 nəfərdir. Aktiv xəstələrin sayı 7 136 nəfər təşkil edir.