Türkiyənin Amasya bölgəsində güclü yağış səbəbindən sürücünün idarəetməsindən çıxan sərnişin avtobusu aşıb.
"Unikal" xəbər verir ki, qəzada 2 nəfər ölüb, 28 nəfər yaralanıb.
Hadisə bu gün səhər saatlarında Amasya-Çorum yolunun 25-ci kilometrliyində baş verib. Bildirilib ki, sərnişin avtobusu İzmirdən Tokata gedirmiş.
Qəza səbəbindən Amasya-Çorum avtomobil yolu bir müddət bağlanıb.
Qəza zamanı yaralananlardan biri hadisənin səbəbkarı kimi sürücünü göstərib:
"Köməkçi sürücüyə “yavaş get” xəbərdarlığı edib, amma sürücü “tələsirəm” deyib".
Ağarza Elçinoğlu