Qeyri-qanuni qaçqınları daşıyan mikroavtobus Macarıstanın cənubunda qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, Serbiya sərhədi yaxınlığında baş verən avtobus qəzası nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb.
Polisin məlumatına görə, Serb vətəndaşı olan sürücü yoxlama üçün dayanmaq istəməyib və yüksək sürətlə hadisə yerini tərk etməyə çalışarkən avtobusu gül dükanına çırpıb.
Xəsarət alan sürücü yerindəcə həbs edilib, o, insan alveri və ölümlə nəticələnən qəza törətməkdə təqsirli bilinib.
Ağarza Elçinoğlu