İranda ötən sutka ərzində 2 784 nəfər koronavirusa (COVID-19) yoluxub, 67 nəfər ölüb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusa yoluxanların sayı 6 160 303 nəfərə, ölənlərin sayı 130 831 nəfərə çatıb. Virus daşıyıcılarından 3 042 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 980 566 nəfər koronavirusdan sağalıb, 40,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 111 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 58,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 2,97 milyon təşkil edir.