"ABŞ prezidenti Cozef Baydenin Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı səsləndirdiyi “çox sərt iqtisadi sanksiyalar” təhdidləri Moskvanı dayandırmaq üçün hələ yetərli deyil".
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Amerika və Rusiya liderləri arasında aparılan danışıqlardan sonra sərhədlərimizə yaxın hərbi qruplaşmada azalma yoxdur", - deyə Zelenski bildirib.
Qeyd edək ki, Putin və Bayden keçən çərşənbə axşamı videobağlantı vasitəsilə iki saatlıq qapalı danışıqlar aparıblar. Nəticədə Ağ Ev bildirib ki, Bayden söhbətdə Ukrayna ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib, diplomatik yolla nizamlamaya çağırıb və Rusiyanı qətiyyətli, o cümlədən iqtisadi sanksiyalarla hədələyib.
Putin amerikalı həmkarını Ukraynanın Minsk razılaşmalarına əməl etməməsi və razılaşmaları sabotaj etməsi barədə məlumatlandırıb, həmçinin qeyd edib ki, məhz NATO Ukrayna ərazisini işğal etmək və Rusiya sərhədlərində hərbi potensialını artırmaq üçün təhlükəli cəhdlər edir.
Ağarza Elçinoğlu