Almaniyanın Leypsiq şəhərində Türk-İslam Diyanət Birliyinə bağlı Eyüp Sultan Məscidi 100-150 nəfərlik ultra solçu radikal qrup tərəfindən hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində məscidin şüşələri qırılıb, maddi ziyan dəyib. Polis hücumla əlaqədar 11 nəfər saxlanıldığını açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.