Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden görüşündən sonra Rusiya Ukrayna sərhədlərinə daha çox əsgər göndərib.
"Unikal" xəbər verir ki, bu barədə ukraynalı politiloq Aleksey Reznikov müsahibəsi zamanı danışıb.
Ukrayna sərhədlərində 100 minə yaxın rus əsgərinin olduğunu qeyd edən Reznikov, işğal cəhdinin hər iki tərəf üçün fəlakət olacağını bildirib. O, qeyd edib ki, bu halda hər iki tərəf çoxlu itkilər verəcək və 5 milyon ukraynalı qaçqın vəziyyətinə düşə bilər.
Ağarza Elçinoğlu