Kolumbiyanın Venesuela ilə sərhədi yaxınlığındakı Kukuta şəhərinin hava limanından ard-arda iki partlayış törədilib.
"Unikal"ın məlumatına görə, ilk partlayış nəticəsində terrorçu kamikadze ölüb.
İkinci partlayış nəticəsində isə hadisə yerinə baxış keçirən iki polis əməkdaşı həyatını itirib.
Hadisə ilə əlaqədar hava limanında bütün uçuşlar dayandırılıb. Təhlükəsizlik qurumları insidenti terror aktı kimi qiymətləndirir.
Qeyd olunur ki, hücumun hədəfi Kukuta şəhərinin meri olub. Lakin onun hadisədən bir qədər əvvəl paytaxt Boqotaya uçduğu məlum olub.