Liberal Partiyasının lideri, professor Lalə Şövkət Hacıyeva Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
"Unikal" xəbər verir ki, Lalə Şövkət müraciətdə 39 gün aclığı davam etdirən Saleh Rüstəmlinin azadlığa buraxılmasını xahiş edib:
"Cənab Prezident!
Mən ilk dəfədir Sizə müraciət edirəm.
39 gün aclığı davam etdirən Saleh Rüstəmli artıq ölüm ayağındadır. Qarabağ qəhrəmanı, vətənpərvər insanın belə vəziyyətə salınması bağışlanmaz ədalətsizlikdir.
Qarabağ qazisinin məhbəsdə ölməsi Azərbaycan tarixinin ən qara səhifəsi ola bilər.
İlham bəy! Saleh bəyi dərhal azad edin, onu ölməyə qoymayın!”.