Ermənistanın baş naziri Nikol Paşinyan öz "Twitter" hesabında Brüsseldə keçirilən görüşdə dəmir yolunun yenidən açılmasına dair razılaşmalar barədə yazıb.
"Unikal" xəbər verir ki, Paşinyan öz postunda Prezident İlham Əliyevi və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeli etiketləyib.
“Üçtərəfli görüş zamanı hökumətlərarası qəbul edilmiş sərhəd-gömrük qaydalarına əsaslanaraq, qarşılıqlı əsasda, ölkələrin suverenliyi altında dəmir yolunun yenidən işə salınması barədə razılığı təsdiqlədik. Ermənistan Rusiya və İrana dəmir yolu çıxışı əldə edəcək”, - deyə Nikol Paşinyan üç ölkənin adının əvəzinə bayraqları qeyd edib.
Gülayə Mecid
In a trilateral meeting with @CharlesMichel & @azpresident we reaffirmed the agreement to relaunch the railway based on int’y accepted border & customs regulations on reciprocal principle, under the sovereignty & authority of the countries. 🇦🇲 will receive railway access to 🇮🇷🇷🇺
— Nikol Pashinyan (@NikolPashinyan) December 15, 2021