"Məktəb direktorunun yayılan səs yazısı ilə bağlı araşdırma aparılır".

"Unikal"ın məlumatına görə bunu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

"Bu məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə açıqlama veriləcək. Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək", - o deyib.