Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, mətndə deyilir:
"Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramının 50-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Bu il Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. İnanıram ki, dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".