Dünyaca məşhur amerikalı aktrisa Hilari Suonk 14 il əvvəl satın aldığı malikanəsini satışa çıxarıb.
"Unikal" xəbər verir ki, aktrisanın Los-Ancelesdə yerləşən villasını 10,5 milyon dollar qarşılığında yeni sahibinə təqdim edəcəyi bəlli olub.
Hilari 2007-ci ildə 5,8 milyon dollara aldığı sözügedən evi tamamilə təmir etdirib. Malikanədə qaraj, hovuz, meyvə-tərəvəz bağı, altı yataq, yeddi vanna otağı və okean mənzərəli eyvanları olan böyük mətbəx var.