Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramına 2 milyard avrodan çox sərmayə qoymaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində çıxışı zamanı deyib.
"Təklif etdiyimiz yeni gündəliyimiz iddialı iqtisadi və investisiya planı ilə dəstəklənir. Bu, 2 milyard avrodan çox vəsaiti ehtiva edəcək", - Şarl Mişel bildirib.