Azərbaycan-Belçika Dostluq Cəmiyyəti Azərbaycana dəstək nümayişi təşkil edib.
"Unikal" TRT-yə istinadən xəbər verir ki, Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanına toplaşan nümayişçilər Azərbaycan və Türkiyə bayraqları qaldırıblar.
Onlar “Bu, bizim birgə qələbəmizdir”, “Qarabağ Azərbaycandır”, “Allah bizi erməni terrorçularından xilas edənlərdən razı olsun”, “Allah Türk millətini daim qorusun”, “Azərbaycan və Türkiyə həmişə qardaşdır və bir yerdədir” şüarları səsləndirilib.
Azərbaycan-Belçika Dostluq Dərnəyinin prezidenti Ayhan Dəmirçi bildirib ki, aksiyanın keçirilməsində məqsəd Prezident İlham Əliyevə dəstək nümayiş etdirməkdir.
Qeyd edək ki, dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın birgə görüşü keçirilib.