Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüş artıq yekunlaşıb.

***

01:26

Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilir.

"Unikal" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.