Dünyaca  məşhur aktyor Kirk Duqlasın malikanəsi satışa çıxarılıb. 

"Unikal" xəbər verir ki, xəbər verir ki, Hollivud ulduzunun illərdir həyat yoldaşı ilə birlikdə yaşadığı ev Beverli Hillsdə yerləşir. Malikanə 7,5 milyon dollar müqabilində yeni alıcıya təqdim olunacaq.

Qeyd edək ki, “Spartak”, “Qələbə illəri”, “Dəniz altında iyirmi min liqa” və “Çempion” filmlərində canlandırdığı obrazlarla məşhurlaşan Duqlas sözügedən evi 1970-ci illərdə 400 min dollara satın alıb. O, ötən ilin fevralın 5-də 103 yaşında dünyasını dəyişib.