"GQ Türkiyə" jurnalının "Men of The Year" ("İlin adamı") mükafatlandırma mərasimində Türkiyədə 2021-ci ilin ən yaxşıları seçilib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, gecədə "İlin qadını" nominasiyası üzrə qalib aktrisa Öykü Karayel olub.
Lakin sosial media istifadəçilər bu nominasiya üzrə niyə məhz onun seçildiyinə anlam verə bilməyiblər.
"Mənə görə, o qədər də yaxşı aktrisa deyil, hər qarşılarına çıxanı seçirlər", "Tənqid etmək istəmirəm, amma nəyə əsasən ilin qadını seçilib?", "Öyküyü sevirəm, amma "İlin qadını" seçilmək üçün nə edib ki, mənim gözümdən yayınıb", "Necə olub ki, bu mükafatı alıb?" aktrisanın ünvanına şərhlər yazıblar.