Baş Şirvan Kollektorunun İstismar İdarəsi  yeddi rayonun ümumilikdə  253000 hektar  ərazisinə 2399 km uzunluqda  kollektor  dren  şəbəkəsi vasitəsilə  xidmət  göstərir.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a  bildirib ki, idarənin balansında -932 əd  körpü-keçid, ümumi  gücü 38,75 m³/san olan 11 ədəd  nasos stansiya mövcuddur.

Bu günə qədər nasos stansiyalarda təmir işləri aparılıb, nasaz nasoslar dəyişdirilib. Həmin nasos stansiyalar vasitəsilə qrunt suları Xəzər dənizinə axıdılıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi  Nizami Hüseynovun sözlərinə görə, Baş Şirvan Kollektorların İstismarı İdarəsi tərəfindən 2021-ci il ərzində qrafikə əsasən ümumilikdə 309 kilometr uzunluğunda lildən təmizlənmə işləri görülüb. Bundan əlavə olaraq 68 ədəd körpü-keçid müxtəlif tipli mexaniki avadanlıqlar, 2 ədəd mülkü istehsalat binası, 4 ədəd nasos stansiya binası cari təmir edilib. İdarənin xidməti sahəsində olan Göyçay rayonunun əsərrüfat sahələrinə xidmət göstərən 1100 paqonometr uzunluqda qapalı dren əsaslı təmir olunaraq təsərrüfatların xidmətinə verilib.

Qeyd edək ki, Baş Şirvan Kollektorların İstismarı İdarəsi ölkənin Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarına kollketor dren şəbəkəsi vasitəsilə xidmət göstərir. Hazırda idarə xidmət sahələrinin bütün istiqamətlərində öz işini davam etdirir.