Erməni müğənni Stepan Malena özünün "Twitter" hesabında azərbaycanlılara müraciət edib. 

"Unikal" xəbər verir ki, Fransada "Uşaqların Avroviziya Mahnı Müsabiqəsi"ndə iştirak edən Malena azərbaycanlılardan dəstək istəyib. 

"Əziz azərbaycanlılar!  Bir-birimizə nifrət etdiyimizi bilirəm, amma "JESC" hamımızı birləşdirməlidir!  Ermənistan və Malenanı dəstəkləyin, biz də Sona Əzizova və onun "O günlərdən biri" adlı sehrli balladasını dəstəkləyəcəyik. Uğurlar, Ermənistan və Azərbaycan!",- deyə müğənni sosial şəbəkəsində bildirib. 

O, həmçinin "#Karabakh", "#Baku" və "#Şhusha" həştəqləri ilə çıxış edib:

"Əziz azərbaycanlılar, biz qalib gələndə İrəvanda çıxış edə biləcəksiniz!  Bizə dəstək olun, biz də sizə dəstək olaq!  Yunanıstan və Kipr cütlüyünü məhv etməyə gəlirik!". 

Qeyd edək ki, Parisdə keçirilən müsabiqədə ölkəmizi Sona Əzizova təmsil edir. 

Ağarza Elçinoğlu