"Yaprak dökümü" serialı ilə ulduzları parlayan aktrisalar Gökçe Bahadır və Fəxriyyə Evcen arasında problem olduğu ortaya çıxıb.
"Unikal" xəbər verir ki, aktrisalar uzun müddətdir küsülüdür. Onların münasibətlərinin pis olduğu və demək olar ki, sözügedən serialdan bəri görüşmədikləri bildirilib.
Aralarındakı soyuqluğun nədən qaynaqlandığı açıqlanmasa da, onların bir-biri ilə apardıqları rəqabətin buna səbəb olduğu iddia edilir.
Qeyd edək ki, Gökçe hazırda "Evlilik hakkında her şey", Fəxriyyə isə "Alparslan" adlı seriallarda baş rolu ifa edir.