Türkiyəli müğənni Hadisə Açıqgöz illik qazancı ilə bağlı çıxan xəbərlərə aydınlıq gətirib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu il ərzində 24 milyon 600 min lirə (təxminən 2 milyon 666 min manat) qazandığı iddia edilən sənətçi xəbərlərin doğru olmadığını bildirib:

"Vətəndaşların çörək üçün sıraya girdiyi vaxtda gerçək olmayan qazanc xəbərlərinin yayılması məni narahat edir. Ümid dolu, hüzurlu günlərin gələcəyinə inancım sonsuzdur".