"Konstitusiyaya görə, deputatların sayı 125 nəfər müəyyən olunub. Deputatların sayının artırılması da konstitusiya dəyişikliyi ilə ola bilər".
Bunu "Unikal"a açıqlamasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, bu məsələ hər zaman aktualdır, müzakirə olunur.
"Azərbaycan əhalisinin sayını nəzərə alsaq, deputatların sayının artırılması yaxşı olardı. Gələcəkdə ciddi sosial sifariş kimi önə çıxarsa, belə bir dəyişikliyin olmasını istisna etmirəm. Belə bir dəyişikliyin yaxın zamanda olacağı gözlənilmir. Dəfələrlə qeyd etmişəm ki, qarışıq seçki olmasını məqbul hesab edirəm. Həm majoritar, həm də proporsional. Onların hər birinin özünəməxsus üstünlükləri var".
F.Ağamalı qeyd edib ki, Milli Məclisin boş qalan yerlərinə seçkilərin keçirilməsi gözlənilir. Onun sözlərinə görə, bu, 2022-ci ildə ola bilər.
Anar Kəlbiyev