Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

"Unikal"ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam verilib.

Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor İlham Əyyub oğlu Abdullayevə

general-mayor Şahmar Ənvər oğlu Paşayevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Adil Ələsgər oğlu Abdullayevə

polkovnik Əşrəf Məmməd oğlu Qasımova

polkovnik Raul Süleyman oğlu Zeynalova.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.