Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan telefon danışığı zamanı Azərbaycanla demarkasiya-delimitasiya mexanizmlərinin hazırlanmasının əhəmiyyətini qeyd ediblər.
"Unikal" “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, tərəflər həmçinin Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik və sabitlik səviyyəsinin yüksəldilməsinə yönəlmiş tədbirlərin vacibliyini də vurğulayıblar.