“Erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır”.
"Unikal" “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələnin “3+3” formatında müzakirəsi üçün əsas olarsa, bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini aydınlaşdıracağıq. Lazım gələrsə, biz həm Ankaraya, həm Bakıya getməyə, həmçinin bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, - o söyləyib.
Qriqoryan deyib ki, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır.