"Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan dayanıqlı, etibarlı və nüfuzlu ölkə kimi tanınır".
"Unikal" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan mənzərə" adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan ərazi bütövlüyünün bərpası üçün imkanlar yaradıb və son sözü Ordumuz deyib: "Azərbaycan yeni reallıqlar formalaşdırıb, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Şübhəsiz ki, Zəngəzur dəhlizi açılacaq".
T.Budaqov qeyd edib ki, bu gün Azərbaycan regionun lider dövləti kimi Cənubi Qafqazdan dünyaya yeni reallıqlar təqdim edir.
Anar Kəlbiyev