"İşğaldan azad edilmiş ərazilərin bərpası hökumətin ən mühüm hədəflərindən birinə çevrilib".
"Unikal" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan mənzərə" adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.
Prezidentin xüsusi nümayəndəsi bildirib ki, 30 il ərzində düşmənin torpaqlarımızda törətdiyi vandalizm aktının dünyada bənzəri yoxdur.
"Digər münaqişələrdə də dağıntılar olur, amma bütöv şəhərlərin yer üzündən silinməsi kimi dağıntı heç yerdə görünməyib. Mənfur düşmən Qarabağda bizim tarixi mədəni abidələrimizə, iqtisadiyyatımıza, ekologiyamıza qarşı elə vandalizm aktları həyata keçirib ki, bunun fəsadlarını aradan qaldırmaq üçün uzun illər tələb olunacaq”.
Anar Kəlbiyev